Konstitusiya və Suverenliyin Zəfəri

PREZİDENT İLHAM ƏLİYEV VƏ BİRİNCİ XANIM MEHRİBAN ƏLİYEVA ŞƏHİDLƏRİMİZİN XATİRƏSİNİ YAD EDİBLƏR

 

2020, 4 dekabr

 

 

Dekabrın 4-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şəhidlər xiyabanında olub və şəhidlərimizin əziz xatirəsini dərin ehtiramla yad ediblər.

Dövlətimizin başçısı “Əbədi məşəl” abidəsinin önünə əklil, birinci xanım Mehriban Əliyeva gül dəstəsi qoydular.

Azərbaycanın dövlət himni səsləndirildi.

Qeyd edək ki, Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş Vətən müharibəsinin qəhrəman şəhidlərinin əziz xatirəsi ölkəmizin hər yerində, məscidlərdə, kilsələrdə, sinaqoqlarda dərin ehtiram hissi ilə yad edilib.

Allah şəhidlərimizə rəhmət eləsin!