3 rayonun döyüşsüz qaytarılması
Xülasə
Azərbaycanın hərbi-siyasi qələbəsinin və Ermənistanın kapitulyasiyasının təsdiqi olan Azərbaycan, Rusiya prezidentlərinin və Ermənistanın baş nazirinin imzaladıqları 2020-ci il 10 noyabr Bəyanatının müddəalarına uyğun olaraq Ağdam (20 noyabr 2020-ci il), Kəlbəcər (25 noyabr 2020-ci il) və Laçın (1 dekabr 2020-ci il) rayonları döyüşsüz Azərbaycana təhvil verildi.
Razılaşma əsasında Ağdam, Kəlbəcər və Laçın rayonları, Azərbaycan Prezidentinin öz müraciət və bəyanatlarında dəfələrlə təkrar etdiyi kimi əvvəlcədən müəyyən olunmuş dəqiq qrafik cədvəli əsasında, özü də bir güllə belə atmadan işğaldan azad olundu. Bununla işğal altında olan 7 rayonumuzun hamısı işğaldan azad edildi. Bu tarixi qələbənin icraçısı rəşadətli Azərbaycan Ordusu, onun baş memarı və təminatçısı isə Müzəffər Ali Baş Komandan İlham Əliyev oldu.
2020-ci ilin dekabrın 10-da Bakı şəhərinin Azadlıq meydanında Qələbə Paradı - Zəfər Paradı keçirildi. Hərbi qənimət kimi döyüş meydanında ələ keçirilmiş düşmən texnikasının bir hissəsi orada nümayiş etdirildi. Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanla bərabər tədbirdə yerli və xarici rəsmi qonaqlar, diplomatik korpusların nümayəndələri də iştirak edirdilər.
Vətən müharibəsində Qələbəyə həsr olunmuş Zəfər Paradında Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev xalqımızın haqq-ədalət uğrunda mübarizəsini belə ifadə edib: “Azərbaycan 44 gün ərzində parlaq qələbə qazanaraq Ermənistanı məğlub etdi, işğala son qoydu. Bu 44 günün hər günü bizim şanlı tariximizdir”.
- PREZİDENT İLHAM ƏLİYEV VƏ BİRİNCİ XANIM MEHRİBAN ƏLİYEVA 1 SAYLI KLİNİKİ TİBBİ MƏRKƏZDƏ MÜALİCƏ OLUNAN HƏRBÇİLƏRLƏ GÖRÜŞÜBLƏR
11 noyabr 2020 - PREZİDENTİN MƏTBUAT XİDMƏTİNİN MƏLUMATI
14 noyabr 2020 - PREZİDENT İLHAM ƏLİYEV VƏ BİRİNCİ XANIM MEHRİBAN ƏLİYEVA İŞĞALDAN AZAD EDİLMİŞ FÜZULİ VƏ CƏBRAYIL RAYONLARINDA, O CÜMLƏDƏN FÜZULİ VƏ CƏBRAYIL ŞƏHƏRLƏRİNDƏ OLUBLAR
17 noyabr 2020 - PREZİDENT İLHAM ƏLİYEV NİDERLANDIN AZƏRBAYCANDA YENİ TƏYİN OLUNMUŞ SƏFİRİNİN ETİMADNAMƏSİNİ QƏBUL EDİB
18 noyabr 2020 - PREZİDENTİN MƏTBUAT XİDMƏTİNİN MƏLUMATI
18 noyabr 2020 - AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN XALQA MÜRACİƏTİ
20 noyabr 2020 - PREZİDENT İLHAM ƏLİYEV RUSİYANIN MÜDAFİƏ NAZİRİNİN BAŞÇILIQ ETDİYİ NÜMAYƏNDƏ HEYƏTİNİ QƏBUL EDİB
21 noyabr 2020 - PREZİDENT İLHAM ƏLİYEV RUSİYANIN XARİCİ İŞLƏR NAZİRİ SERGEY LAVROVU QƏBUL EDİB
21 noyabr 2020 - PREZİDENT İLHAM ƏLİYEV VƏ BİRİNCİ XANIM MEHRİBAN ƏLİYEVA İŞĞALDAN AZAD EDİLMİŞ AĞDAM ŞƏHƏRİNDƏ OLUBLAR
24 noyabr 2020 - PREZİDENTİN MƏTBUAT XİDMƏTİNİN MƏLUMATI
24 noyabr 2020 - AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN XALQA MÜRACİƏTİ
25 noyabr 2020 - AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN XALQA MÜRACİƏTİ
1 dekabr 2020 - PREZİDENT İLHAM ƏLİYEV VƏ BİRİNCİ XANIM MEHRİBAN ƏLİYEVA ŞƏHİDLƏRİMİZİN XATİRƏSİNİ YAD EDİBLƏR
4 dekabr 2020 - PREZİDENT İLHAM ƏLİYEV İTALİYA DEPUTATLAR PALATASININ SƏDR MÜAVİNİNİN BAŞÇILIQ ETDİYİ NÜMAYƏNDƏ HEYƏTİNİ QƏBUL EDİB
7 dekabr 2020 - PREZİDENT İLHAM ƏLİYEV İTALİYA XARİCİ İŞLƏR VƏ BEYNƏLXALQ ƏMƏKDAŞLIQ NAZİRLİYİNİN NÜMAYƏNDƏ HEYƏTİNİ QƏBUL EDİB
9 dekabr 2020 - BAKININ AZADLIQ MEYDANINDA VƏTƏN MÜHARİBƏSİNDƏ QƏLƏBƏYƏ HƏSR OLUNMUŞ ZƏFƏR PARADI
10 dekabr 2020 - AZƏRBAYCAN-TÜRKİYƏ SƏNƏDLƏRİ İMZALANIB
10 dekabr 2020 - AZƏRBAYCAN VƏ TÜRKİYƏ PREZİDENTLƏRİ MƏTBUATA BİRGƏ BƏYANATLARLA ÇIXIŞ EDİBLƏR
10 dekabr 2020 - PREZİDENT İLHAM ƏLİYEV MDB DÖVLƏT BAŞÇILARI ŞURASININ VİDEOKONFRANS FORMATINDA KEÇİRİLƏN İCLASINDA İŞTİRAK EDİB
10 dekabr 2020 - PREZİDENTİN MƏTBUAT XİDMƏTİNİN MƏLUMATI
11 dekabr 2020 - PREZİDENT İLHAM ƏLİYEV ATƏT-İN MİNSK QRUPUNUN FRANSADAN VƏ ABŞ-DAN OLAN HƏMSƏDRLƏRİNİ QƏBUL EDİB
12 dekabr 2020 - PREZİDENT İLHAM ƏLİYEV ƏFQANİSTANIN AZƏRBAYCANDA YENİ TƏYİN OLUNMUŞ SƏFİRİNİN ETİMADNAMƏSİNİ QƏBUL EDİB
17 dekabr 2020 - PREZİDENT İLHAM ƏLİYEV RUSİYA FEDERAL TƏHLÜKƏSİZLİK XİDMƏTİNİN DİREKTORUNU QƏBUL EDİB
18 dekabr 2020 - DÜNYA AZƏRBAYCANLILARINA
20 dekabr 2020 - PREZİDENT İLHAM ƏLİYEV VƏ BİRİNCİ XANIM MEHRİBAN ƏLİYEVA QUBADLI VƏ ZƏNGİLAN RAYONLARINDA OLUBLAR
24 dekabr 2020 - PREZİDENT İLHAM ƏLİYEV TÜRKİYƏNİN MİLLİ MÜDAFİƏ NAZİRİNİN BAŞÇILIQ ETDİYİ NÜMAYƏNDƏ HEYƏTİNİ QƏBUL EDİB
31 dekabr 2020