Konstitusiya və Suverenliyin Zəfəri

AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV AVROPA İTTİFAQININ CƏNUBİ QAFQAZ ÜZRƏ XÜSUSİ NÜMAYƏNDƏSİNİ QƏBUL EDİB

 

2022, 25 noyabr

 

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 25-də Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaarı qəbul edib.

Görüşdə Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşdırılması, iki ölkə arasında sülh müqaviləsi ilə bağlı danışıqlar prosesi, sərhədlərin delimitasiyası üzrə Brüsseldə keçirilmiş görüşün nəticələri barədə fikir mübadiləsi aparıldı.