Konstitusiya və Suverenliyin Zəfəri

PREZİDENT İLHAM ƏLIYEV ŞƏHİD OLMUŞ HƏRBİ QULLUQÇULARIMIZIN AİLƏLƏRİNƏ, YAXINLARINA VƏ BÜTÜN AZƏRBAYCAN XALQINA BAŞSAĞLIĞI VERİB

 

2022, 13 sentyabr

 

 

Prezident İlham Əliyev şəhid olmuş hərbi qulluqçularımızın ailələrinə, yaxınlarına və bütün Azərbaycan xalqına başsağlığı verib.  Dövlətimizin başçısı bununla bağlı sosial şəbəkə hesablarında paylaşım edib.

Paylaşımda deyilir: “Sentyabrın 13-də Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Kəlbəcər, Laçın, Daşkəsən və Zəngilan rayonları istiqamətində törətdiyi genişmiqyaslı təxribatların qarşısını alan zaman şəhid olmuş hərbi qulluqçularımızın ailələrinə, yaxınlarına və bütün Azərbaycan xalqına dərin hüznlə başsağlığı verirəm.

Allah şəhidlərimizə rəhmət eləsin!

Şəhidlərimizin qanı yerdə qalmadı!”.