AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ, MÜZƏFFƏR ALİ BAŞ KOMANDAN İLHAM ƏLİYEVİN RƏSMİ “TWITTER” SƏHİFƏSİNDƏN
(Azərbaycan Ordusu Cəbrayıl, Zəngilan və Qubadlı rayonlarının daha 7 kəndini işğaldan azad edib)
2020, 4 noyabr
Müzəffər Azərbaycan Ordusu Cəbrayıl rayonunun Mirək, Kavdar, Zəngilan rayonunun Məşədiismayıllı, Şəfibəyli, Qubadlı rayonunun Başarat, Qarakişilər, Qaracallı kəndlərini işğaldan azad etmişdir.
Eşq olsun Azərbaycan Ordusuna! Qarabağ Azərbaycandır!
Bu barədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev özünün “Twitter” hesabında bildirib.