Konstitusiya və Suverenliyin Zəfəri

PREZİDENT İLHAM ƏLİYEV RUSİYA XARİCİ İŞLƏR NAZİRLİYİNİN AZƏRBAYCAN-ERMƏNİSTAN MÜNASİBƏTLƏRİNİN NORMALLAŞDIRILMASI ÜZRƏ XÜSUSİ NÜMAYƏNDƏSİNİ QƏBUL EDİB

 

2022, 24 noyabr

 

 

Noyabrın 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiya Federasiyasının Xarici İşlər Nazirliyinin Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması üzrə xüsusi nümayəndəsi İqor Xovayevi qəbul edib.

Görüşdə Ermənistan ilə Azərbaycan arasında münasibətlərin normallaşdırılması və iki ölkə arasında sülh müqaviləsinin hazırlanması üzrə danışıqlar prosesi, 2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanata uyğun olaraq Ermənistan tərəfinin üzərinə düşən öhdəlikləri icra etməməsi, Soçidə keçirilmiş son görüş və onun nəticələri ilə bağlı ətraflı fikir mübadiləsi aparıldı.