BRÜSSELDƏ PREZİDENT İLHAM ƏLİYEVİN AVROPA İTTİFAQI ŞURASININ PREZİDENTİ ŞARL MİŞEL VƏ ERMƏNİSTANIN BAŞ NAZİRİ NİKOL PAŞİNYAN İLƏ GÖRÜŞÜ
2022, 31 avqust
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin dəvəti ilə Belçika Krallığının paytaxtı Brüsseldə işgüzar səfərdədir.
Dövlətimizin başçısı İlham Əliyevin Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistanın baş naziri Nikol Paşinyanla görüşü başlayıb.