Konstitusiya və Suverenliyin Zəfəri

AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ, MÜZƏFFƏR ALİ BAŞ KOMANDAN İLHAM ƏLİYEVİN RƏSMİ “TWITTER” SƏHİFƏSİNDƏN 

(Ermənistan silahlı qüvvələri razılaşdırılmış müvəqqəti humanitar atəşkəs rejimini kobudcasına pozub)

 

Bakı, 19 oktyabr

 

 

Ermənistan silahlı qüvvələri razılaşdırılmış müvəqqəti humanitar atəşkəs rejimini kobudcasına pozaraq oktyabrın 18-də saat 00:02-dən sonra Azərbaycanın yaşayış məntəqələrini və döyüş mövqelərini ağır artilleriyadan atəşə tutub.

Bu barədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev özünün rəsmi “Twitter” hesabında bildirib.

Dövlətimizin başçısı qeyd edib ki, bu çirkin əməllər nəticəsində ölən və yaralananlar var: “Azərbaycan Ordusu düşmənə layiqli cavab verərək bir neçə yaşayış məntəqəsini işğaldan azad edib”.