Konstitusiya və Suverenliyin Zəfəri

SİLAHLI QÜVVƏLƏRİN ALİ BAŞ KOMANDANI CƏBRAYIL ŞƏHƏRİNİN VƏ RAYONUN 9 KƏNDİNİN İŞĞALDAN AZAD OLUNMASI MÜNASİBƏTİLƏ GENERAL-MAYOR MAYIS BƏRXUDAROVA VƏ GENERAL-MAYOR HİKMƏT MİRZƏYEVƏ TƏBRİKİ

 

2020, 4 oktyabr

 

 

Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin Ali Baş Komandanı, Prezident İlham Əliyev oktyabrın 4-də Birlik komandirləri – general-mayor Mayis Bərxudarovu, general-mayor Hikmət Mirzəyevi və onların rəhbərlik etdikləri şəxsi heyəti Cəbrayıl şəhərinin və Cəbrаyıl rayonunun 9 kəndinin işğaldan azad olunması münasibətilə təbrik etmişdir.

Onlara tapşırıq verdi ki, Ali Baş Komandanın təbriklərini korpusların bütün şəxsi heyətinə çatdırsınlar.

Mayis Bərxudarov və Hikmət Mirzəyev Ali Baş Komandana öz təşəkkürlərini bildirdilər, Prezidenti əmin etdilər ki, qarşıya qoyulmuş bütün vəzifələri bundan sonra da şərəflə yerinə yetirəcəklər.