Konstitusiya və Suverenliyin Zəfəri

BRÜSSELDƏ PREZİDENT İLHAM ƏLİYEVİN AVROPA İTTİFAQI ŞURASININ PREZİDENTİ VƏ ERMƏNİSTANIN BAŞ NAZİRİ İLƏ ÜÇTƏRƏFLİ GÖRÜŞÜ

 

2023, 15 iyul

 

 

İyulun 15-də Brüsseldə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan ilə üçtərəfli görüşü olub.

Söhbət zamanı Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşdırılması, sülh prosesi üzrə danışıqların davam etdirilməsi, sərhədlərin delimitasiyası, nəqliyyat kommunikasiyalarının açılması, Ermənistanın hərbi birləşmələrinin Azərbaycan ərazilərindən çıxarılması və qanunsuz hərbi birləşmələrin tərksilah edilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.

Brüsseldə keçirilən bu danışıqlar Vaşinqton görüşünün davamı kimi qiymətləndirilib.