Konstitusiya və Suverenliyin Zəfəri

PREZİDENTİN MƏTBUAT XİDMƏTİNİN MƏLUMATI 

(Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev Qubadlı şəhəri və Qubadlı rayonunun bir neçə kəndinin işğaldan azad edilməsi münasibətilə hərbi birlik komandirlərini təbrik etmişdir)

 

2020, 26 oktyabr

 

 

Ali Baş Komandan, Prezident İlham Əliyev Qubadlı şəhəri və Qubadlı rayonunun bir neçə kəndinin işğalçılardan azad olunmasında fərqlənmiş hərbi birlik komandirləri Yaşar Həsənovu və Zaur Quliyevi təbrik edib. 

Dövlətimizin başçısı onlara Vətən uğrunda gedən döyüşlərdə yeni uğurlar arzulayıb. Tapşırıb ki, onun təbriklərini və təşəkkürlərini bütün şəxsi heyətə çatdırsınlar.