AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ, MÜZƏFFƏR ALİ BAŞ KOMANDAN İLHAM ƏLİYEVİN RƏSMİ “TWITTER” SƏHİFƏSİNDƏN
(Azərbaycan Ordusu Füzuli rayonunun 3, Cəbrayıl rayonunun 5 kəndini işğaldan azad edib)
2020, 21 oktyabr
Rəşadətli Azərbaycan ordusu Füzuli rayonunun Gecəgözlü, Aşağı Seyidəhmədli, Zərgər kəndlərini, Cəbrayıl rayonunun Balyand, Papı, Tulus, Hacılı, Tinli kəndlərini işğaldan azad etmişdir. Eşq olsun Azərbaycan Ordusuna! Qarabağ Azərbaycandır!
Bu barədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev özünün rəsmi “Twitter” səhifəsində bildirib.