az | en | ru
Konstitusiya və Suverenliyin Zəfəri

Azərbaycan müəllimi. - 2025. - 30 dekabr. - № 49. - S. 7.

 

Ümumi təhsildə Konstitusiya və suverenliyin tədrisi yolları

 

Hümeyir Əhmədov,

Təhsil institutunun Elmi-pedaqoji kadrların hazırlanması şöbəsinin müdiri, pedaqogika üzrə elmlər doktoru, professor

 

Azərbaycan Respublikasının Prezidenti cə­nab İlham Əliyevin 28 dekabr 2024-cü il tarixli sərəncamı ilə 2025-ci il ölkəmizdə “Konstitusiya və Suverenlik İli” elan edilmişdir. Məqalədə Azərbaycan Respublikası Konstitusiya­sında yer alan demokratik prinsipləri, insan haqları­nı və milli dəyərləri təhsil proqramlarına daxil et­məklə təhsil prosesinin təkmilləşdirilməsi yollan təhlil edilir. Konstitusiya müddəalannın şagirdlərə hüquq və vəzifələrini öyrətmək, vətəndaş fəallığı­nı və hüquqi şüuru inkişaf etdirmək məqsədilə tədrisinin zəruriliyi qeyd edilir. Konstitusiyanın müxtəlif fənlərə inteqrasiyası yaradıcı təfəkkürə təkan verir və şagirdlərin idarəetmə və qanunun aliliyi anlayışını gücləndi­rir. Bundan əlavə, təhsildə Konstitusiyadan istifadə gələcək vətəndaşlara demokratik cəmiyyətin inkişafına fəal töhfə vermək, onlann dövlət quruculuğu prosesində aktiv iştirakını təmin etmək imkanlan yaradır. Məqalədə şagirdlərin sosial və hüquqi şüu­runun formalaşmasında Konstitusiya tədrisinin effektivliyini qiymətləndirmək üçün məzmun təhlili, nümunə tədqiqatları və pedoqoji metodlar əsasında keyfiyyətli ya­naşmadan istifadə edilmişdir.

Hər bir insanın kiçik yaşlarından vətəndaş keyfiyyətləri ilə hazırlanmaq, tərbiyə olunmaq ehtiyacı var, çünki vətəndaşlıq həm də yetkin­lik, fiziki və mənəvi kamilliyin nümayişidir. Vətəndaşlıq o zaman əxlaqi norma şəklində tə­zahür edir Й, qanunun aliliyi öz hüquqi üstün­lüyü ilə gənc nəslin tərbiyəsinin tərkib hissəsi­nə çevrilir. Hər bir vətəndaş qanunlan, xüsusi­lə Konstitusiyanı mükəmməl bilməlidir ki, ona riayət edə bilsin.

Vətəndaşların hüquqi hazırlığı Konstitusi­yanın öyrənilməsi ilə bağlıdır. Ona görə də bu sahədə əsas vəzifə təhsil ocaqlarının üzərinə düşür. İlk növbədə, yaşından, bilik səviyyəsin­dən asılı olmayaraq, bütün şagirdlərə həm ümumi məsələlərin öyrədilməsi, həm də və­təndaşlıq hisslərinin aşılanması müəyyənləşdi­rilməlidir. Daha sonra bu iş xüsusi olaraq mək­təblilərin yaşına, anlama səviyyəsinə, həyat təcrübəsinə uyğun şəkildə qurulmalıdır. Təlim prosesindən əlavə olaraq, tərbiyəvi tədbirlər həyata keçirilməlidir ki, bütün uşaqlarda vətən­daşlıq qüruru baş qaldırsın və vətəndaş kimi formalaşmasına təsir göstərsin.

Gərək “suverenlik”, “müstəqil dövlət”, “müstəqil ölkənin Konstitusiyası” anlayışları­nın praktik real həyatda nə demək olduğunu hər bir uşaq, yeniyetmə, gənc ətraflı dərk etsin ki, onu qorumaq səylərinə nail olmaq üçün çalış­sın.

Azərbaycan Respublikasının ilk müstəqil Konstitusiya layihəsi Ulu Öndər Heydər Əliye­vin sədrlik etdiyi komissiya tərəfindən hazır­lanmış, 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi (referendum) yolu ilə qəbul edil­miş, 1995-ci il noyabnn 27-dən qüvvəyə min­mişdir. Ötən müddətdə Konstitusiyamıza müəyyən əlavə və dəyişikliklər edilmişdir. Be­lə ki, 2002-ci il avqustun 24-də, 2009-cu il martın 18-də və 2016-cı il sentyabrın 26-da keçirilmiş ümumxalq səsverməsi yolu ilə qəbul olunmuş Konstitusiyamızın 23-cü maddəsinə görə, Azərbaycan Respublikasının dövlət rəmzləri - Dövlət Bayrağı, Dövlət Gerbi və Dövlət Himnidir. Konstitusiyaya əsasən, Dövlət Bayrağı və Dövlət Gerbinin təsviri, Dövlət Himninin musiqisi və mətni aynca Konstitusiya qanunu ilə müəyyən edilir.

Konstitusiyanın 75-ci maddəsinə əsasən, hər bir vətəndaş dövlət rəmzlərinə - bayrağına, gerbinə və himninə hörmət etməlidir. Bu qanu­ni tələbin hər bir vətəndaşımızın daxili tələba­tına çevrilməsi üçün yetkinlikdə olan gənc nə­sildə təhsil müddətində siyasi mədəniyyətin formalaşdırılması həyati zərurət sayılır. Buna isə kiçik yaşlarından aparılan tərbiyə ilə nail ol­maq mümkündür. Eləcə də vətəni müdafiə, ta­rixi və mədəniyyət abidələrinin qorunması, ət­raf mühitə, təbiətə qayğılı münasibət və digər vəzifələrin yerinə yetirilməsi məktəblilərin is­tək və arzusu kimi meydana çıxmalıdır. Bu hisslər şagirdlərin qanma, canına işləməli, on­ların həyat idealına çevrilməlidir.

Dövlət rəmzlərini tanımaq, görmək, onla­rı sevmək hər bir Azərbaycan vətəndaşının borcudur. Müstəqilliyimizin göstəricisi olan bu rəmzlər uğrunda minlərlə soydaşımız canını qurban vermiş, şəhid olmuşdur. Öna görə də qürur mənbəyimiz olan dövlət rəmzlərini hə­mişə uca tutmalıyıq. Bu isə ilk öncə ailədən başlamalıdır. İbtidai siniflərdə müəllimlərin köməyi ilə şagirdlərdə dövlət rəmzləri haqqın­da tam təsəvvür yaradılmalı, onlarda dövlət rəmzlərinə məhəbbət hissi aşılanmalıdır. Uşaqlar üç-dörd yaşlarından etibarən Dövlət Bayrağını tanıyır, artıq məktəbə gedəndə Dövlət Gerbi ilə də tanış olurlar. Hətta məktə­bəqədər təhsil müəssisələrində tərbiyə alan körpələr belə Dövlət Himnimizi əzbərdən ifa edə bilirlər.

Ümumtəhsil məktəblərinin bütün siniflə­rində tədris olunan dərsliklərin ilk səhifəsində Dövlət Bayrağı və Gerbi təsviri, eləcə də him­nin sözləri sistemli şəkildə verilmişdir. Azər­baycanın dövlət rəmzləri ilə tanışlıq uşaqlarda vətənpərvərlik, milli iftixar duyğulan, şərəf, ləyaqət kimi hissləri tərbiyə edir.

Bütün vətəndaşlann birinci vəzifəsi Konstitusiyanı mükəmməl öyrənməkdən iba­rətdir. Bu məqsədlə öyrənənlərin yaşına, həyat təcrübəsinə uyğun olaraq müxtəlif tədris fot- malanndan istifadə edilməlidir. Konstitusiya­nın mahiyyəti və məzmunu, ayrı-ayn bölmələ­ri, fəsilləri və müvafiq maddələri uşaqlann yaşlanna uyğun şəkildə şərh edilməlidir. Müəllimlər Konstitusiyanın valideynlər və cə-miyyət arasında təbliğinə də çalışmalıdırlar. Lakin təbliğat və təşviqat ilə məşğul olanlar əvvəlcə Konstitusiyanı mükəmməl öyrənməli, onun hüquqi, iqtisadi, siyasi, sosial əsaslarını bilməlidirlər.

Konstitusiyanın öyrənilməsində və şərh edilməsində diqqət, ilk növbədə, onun irəli sürdüyü əsas prinsiplərə yönəldilməlidir:

  • Azərbaycan dövlətinin müstəqilliyini, suve­renliyini, ərazi bütövlüyünü qorumaq:
  • Konstitusiya çərçivəsində demokratik qu­ruluşa təminat vermək;
  • Vətəndaş cəmiyyətinin bərqərar olmasına nail olmaq;
  • Xalqın iradəsinin ifadəsi kimi qanunların ali hüquqi təməlini təmin etmək, dünyəvi dövlət qurmaq;
  • Ədalətli iqtisadi və sosial qaydalara uyğun olaraq hər kəsin layiqli həyat səviyyəsini təmin etmək;
  • Ümumbəşəri dəyərlərə sadiq olaraq bütün dünya xalqları ilə dostluq, sülh və əmin- amanlıq şəraitində yaşamaq və bu məqsəd­lə qarşılıqlı fəaliyyət göstərmək.

Hər bir prinsip haqqında ətraflı məlumat vermək üçün “müstəqillik”, “suverenlik”, “ərazi bütövlüyü” kimi anlayışlar aydın şəkildə izah edilməlidir ki, bu da vətəndaşlıq iftixarını, milli qürur hissini yaratmağa imkan versin.

Konstitusiyanın ümumi təhsil müəssisələ­rində öyrədilməsi hər bir sinifdə uşaqlann an­lama səviyyəsinə uyğun olaraq ayn-ayn fənlə­rin tərkib hissəsi olaraq tədris edildiyindən onu necə şərh etmək, hansı mövzu ilə əlaqələndir­mək və s. kimi metodik işlər hər bir müəllimin üzərinə düşür.

Müəllimlər bu imkandan bəhrələnməklə Konstitusiyanın maddələrinin uşaqlara öyrədil­məsinə çalışmalıdırlar. Humanitar və təbiət fənlərinin bu sahədə imkanları böyükdür.

Tarix dərslərində Konstitusiyanın öyrə­dilməsi məsələləri üzərində bir qədər geniş danışmaq lazımdır.

Konstitusiyanın orta məktəblərdə sistemli olaraq öyrədilməsi məqsədilə vaxtilə Azər­baycan Respublikası Təhsil Nazirliyinin (hazır­da Elm və Təhsil Nazirliyi) 14 mart 1996-cı il tarixli əmri ilə IX siniflərdə həftədə 1 saat, bütövlükdə isə (tədris ilində 35 saat) “Azər­baycan Respublikasının Konstitusiyası” fənni­nin tədrisi məqsədəuyğun hesab edilmiş, aynca dərslik hazırlanmışdır.

I-IV siniflərin “Həyat bilgisi” və VI-IX siniflərin “Azərbaycan tarixi” fənlərinin təli­mindən alman biliklər əsasında Azərbaycan dövlətçiliyi, xalq hakimiyyəti, demokratiya, xalqın suverenliyi konkret misallarla izah edil­mişdir.

Son illər ölkəmizin ictimai-siyasi həya­tında baş verən hadisələr göstərir ki, Azərbay­canın müstəqil dövlət kimi qüdrəti gündən-gü­nə artır. Azərbaycan xalqı dünya xalqları ara­sında özünə layiq yer tutur. Çünki dövlətimiz demokratik, hüquqi dövlətdir və Azərbaycan Respublikasının vətəndaşlarının dövlətin idarə olunmasında iştirak etmək hüququ tam təmin olunur.

Beynəlxalq aləmdə Azərbaycan xalqının yüksək dövlətçilik ənənəsi ilə bağlı imicindən bəhs edərkən, Ümummilli Lider Heydər Əliye­vin siyasi fəaliyyəti mütləq yetkin gənc nəsil üçün örnək olaraq göstərilməlidir. Məhz Heydər Əliyevin yorulmaz fəaliyyəti nəticə­sində atəşkəs rejimi təmin edilmiş, “Əsrin mü­qaviləsi” bağlanmış, ölkədə siyasi sabitlik iqti­sadi tərəqqinin təminatını möhkəmləndirmiş­dir. Bu kimi tədbirlər Azərbaycan dövlətinə dünyada maraq yaratmışdır.

“Həyat bilgisi” fənnini tədris edərkən Konstitusiyanın ayn-ayn maddələrinə istinad etmək mümkündür: məsələn, “İnsan hüquqla- n” mövzusu keçirilərkən Konstitusiyanın mü­vafiq maddələrinə istinad etmək səmərəli nəti­cə verə bilər. Hər şeydən əvvəl, müəllim azad­lıq haqqında müxtəlif baxışlan şərh edərək dərsdə “azadlıq” anlayışının mahiyyətini aç­malı, “azadlıq nədir?” sualı ətrafında fikir mü­badiləsi aparmalı, öz fikir və mülahizələrini düzgün əsaslandırmalıdır. O göstərməlidir ki, azadlıq özbaşınalıq deyil. Yadda saxlamaq la­zımdır ki, insanlann bütün sahələrdəki davranı­şı və fəaliyyətini tənzimləyən dinamik və çevik xarakterə malik, bir sıra məhdudlaşdıncı hüqu­qi normalar vardır. Əslində, azadlığın məzmu­nunu ölkənin ictimai-siyasi həyatının bütün sa­hələrindəki mövcud normaları dərk etmə sə­viyyəsi və onlara əməl edilməsi təşkil edir.

Müəllim azadlığın, demokratiyanın, qa- nunçuluğun prinsipləri ilə bağlı olduğu barədə şagirdlərə izah verərkən Konstitusiyanın “İnsan və vətəndaş hüquqları və azadlıqları” hissəsində verilmiş məlumatlara istinad etməli­dir. Müəllim əvvəl insan, vətəndaş hüquqları və azadlıqlarının əsas prinsiplərini şagirdlərin nəzərinə çatdımalıdır:

  • insan ləyaqəti qorunur və ona hörmət edilir;
  • Hər kəsin doğulduğu andan toxunulmaz,pozulmaz və ayrılmaz hüquqları və azad­lıqları vardır;
  • Hüquqlar və azadlıqlar hər kəsin cəmiyyət və digər şəxslər qarşısında məsuliyyətini və vəzifələrini də əhatə edir. Hüquqlardan sui-istifadəyə yol verilmir və s.

Göründüyü kimi, vətəndaşların azadlıq hüququ Konstitusiyada tamlıqla öz əksini tap­mışdır.

Müəllim çalışmalıdır ki, hər bir şagird Konstitusiyada vətəndaşlara verilən hüquqları bilsin: bərabərlik hüququ, insan və vətəndaş hüquqları və azadlıqlarının müdafiəsi, mülkiy­yət hüququ, əqli mülkiyyət hüququ, təhlükəsiz yaşamaq hüququ, şəxsi toxunulmazlıq hüququ, əmək hüququ, istirahət hüququ, sosial təminat hüququ, sağlamlığın qorunması hüququ, təhsil hüququ, mənzil hüququ, ana dilindən istifadə hüququ və s. Şagirdlərin məktəbdə oxuyarkən öz hüquqlarını bilmələri vacibdir. Hüquqlar məktəblilərə izah edilərkən onlann demokratik mahiyyəti, hüquqlann dövlət tərəfindən təmi­natı, qorunması xüsusi olaraq diqqətə çatdınl- mahdır.

Hər bir məktəbli Konstitusiyada təsbit olunan vətəndaş hüquq və vəzifələrini mü­kəmməl şəkildə öyrənməli və hər birinin ma­hiyyətini dərk etməlidir. Onlar bilməlidirlər ki, insan ləyaqəti qorunur və ona hörmət edilir; hər kəsin hüquqları və azadlıqları olduğu kimi, hər kəsin cəmiyyət qarşısında məsuliyyəti və vəzi­fələri də vardır. Əgər məktəblilər bu prinsipi mahiyyətcə düzgün başa düşsələr, hüquq və vəzifələrini də eyni səviyyədə anlayar və yeri­nə yetirməyə çalışarlar.

Konstitusiyanın “Dövlətin əsaslan” fəs­lində təsbit olunmuş Azərbaycan dövləti, Azərbaycan dövlətinin başçısı, Silahlı Qüvvə­lər, beynəlxalq münasibətlərin prinsipləri, əra­zi, dövlətin ali məqsədi, mülkiyyət, təbii ehti­yatlar, iqtisadi inkişaf və dövlət, sosial inkişaf və dövlət, ailə, uşaqlar və dövlət, din və dövlət, pul vahidi, dövlət dili, paytaxt, Azərbaycan dövlətinin rəmzləri haqqında maddələrdə hü­quqi əsaslar göstərilir ki, onları bilmədən və­təndaş kimi vəzifələri anlamaq və yerinə yetir­mək olmaz. Ona görə də bu əsaslar tədris pro­sesində mükəmməl öyrədilməli və bu zaman vətəndaşlıq hissləri, duyğulan inkişaf etdiril­məlidir.

Konstitusiya maddələrinin öyrənilməsi işin bir tərəfidir, işin digər tərəfi məktəb təd­birləri ilə şagirdlərin vətəndaşlıq hazırlığının həyata keçirilməsidir.

Orta ümumtahsil məktəbini bitirən hər bir gənc həyata tamhüquqlu vətəndaş kimi daxil olur. O, vətəndaşlığını təsdiq edən sənəd - pas­port alır. Az keçmir ki, vətəni müdafiə etmək borcunu yerinə yetirmək yaşına çatır, hətta ailə qurmaq, seçib-seçilmək hüququna yiyələnir, işləmək, vəzifə daşımaq missiyasına çatır və s. Bütün bunlar o zaman səmərəli qurulur ki, gənc kamil vətəndaşlıq hazırlığından keçmiş olsun, hüquqi-siyasi təfəkkürə yiyələnmiş olsun.

Bütün tərbiyəvi meyarları hərtərəfli mə­nimsəmək üçün Konstitusiyanı sistem halında öyrənmək və öyrətmək tələb olunur. Ona görə də məktəblilərin vətəndaşlıq hazırlığının siste­mi, bu sistemdə həyata keçirilən iş formaları müasirləşdirilməlidir.

Bu sistemdə məktəbdə dərsdən kənar iş prosesində görülən işlər, məktəbdənkənar pro­seslər və sinif-tədbirlər, valideynlərlə əlaqə, ailədə və cəmiyyətdə görülən işlər, baş verən hadisələr və s. öz müvafiq yerini tutmalıdır. Lakin ilkin mərhələdə ailə və məktəb üzərinə daha böyük vəzifələr düşür.

Konstitusiyada təbiətin qorunması prob­lemlərinə, o cümlədən gənclərin təbiətə qarşı qayğıkeş münasibətdə tərbiyə edilməsinə xü­susi yer ayrılır. Bu meyarlar əsasmda gənc ne­cəliklə hələ erkən yaşlarından təbiətə qarşı, onun yaratdığı nemətlərdən səmərəli istifadə sahəsində ümumi təsəvvürlər yaratmalıdır.

Göründüyü kimi, orta ümumtəhsil mək­təblərində təlim prosesində Konstitusiyanın prinsiplərinin sistemli öyrədilməsi üçün geniş imkanlar vardır. Müəllimlər bu imkan və şə­raitdən maksimum istifadə etməyə çalışmalı­dırlar. Onlar Konstitusiyam yalnız siyasi sənəd kimi deyil, hər bir insanın tələblərini müəyyən edən, hüquq və vəzifələrini müəyyənləşdirən sənəd kimi öyrənməlidirlər.

Konstitusiyada məktəblilərin mənəvi ter-

biyəsi ilə də bağlı maraqlı məqamlar çoxdur.

Belə ki, vətəndaş qarşısında ailənin mövqeyi, borcu, vəzifəsi aydm verilmişdir. Konstitusiya­ya görə:

  • Cəmiyyətin əsas özəyi kimi ailə dövlətin xü­susi himayəsindədir;
  • Uşaqların qayğısına qalmaq və onları tər­biyə etmək valideynlərin borcudur. Bu bor­cun yerinə yetirilməsinə dövlət nəzarət edir;
  • Valideynləri və ya qəyyumları olmayan, va­lideyn himayəsindən məhrum olan uşaqlar dövlətin himayəsindədir;
  • Uşaqları onlann həyatına, sağlamlığına və ya mənəviyyatına təhlükə törədə biləcək fəaliyyətə cəlb etmək qadağandır;
  • 15 yaşına çatmamış uşaqlar işə götürülə bilməz;
  • Uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarət edir.

Göründüyü kimi, uşaqlann ilkin və əsas tərbiyə işi onlara qayğı göstərmək ailənin, va­lideynlərin üzərinə düşür, təhsil-təlim isə bir­başa tədris müəssisələrinin işidir ki, dövlət bu­nun təminatını və nəzarətini bəyata keçirir. De­məli, Konstitusiyaya görə, müəyyənləşdirilə­cək təhsil və tərbiyə konsepsiyasmda ailə- məktəb əlaqəsi, ailənin və məktəbin üzərinə düşən xüsusi və ümumi vəzifələr dəqiq müəy­yənləşdirilməlidir. Bu baxımdan da vətəndaş­lann tərbiyəsində ailə, məktəb və bütövlükdə cəmiyyət çox mühüm vəzifə və məsuliyyət da- şıyır.

Konstitusiya insan-vətəndaş yetişdirilmə­si üçün geniş imkanlar açır. Burada dil-ədəbiy­yat müəllimlərinin də üzərinə böyük məsuliy­yət düşür.

Hər bir xalqın varlığını müəyyən edən əsas şərtlərdən biri onun ana dilidir.

Azərbaycan dilinə yüksək qiymət verən Ulu Öndər Heydər Əliyev demişdir:

“Hər bir azərbaycanlı çalışmalıdır ki, dün­yanın bir çox dillərini - rus, ingilis, fransız dil­lərini mənimsəsin, öyrənsin. Bu lazımdır, çün­ki müasir dünya ölkələrinin bir-biri ilə sıx əla­qəsi bu gün və gələcəkdə insandan bir çox dili bilməsini tələb edir. Mən gənclərimizə tövsiyə edirəm ki, Azərbaycan gənci Şekspiri ingilis dilində oxusun, Puskini rus dilində oxusun, Ni­zamini, Füzulini, Nəsimini isə Azərbaycan di­lində oxusun.”

Millətin ən yüksək mənəvi dəyəri olan ana dilinə Konstitusiyada da geniş yer verilmiş­dir.

Konstitusiyaya görə:

  1. Azərbaycan Respublikasının dövlət dili Azərbaycan dilidir və dövlət Azərbaycan dilinin 

       inkişafını təmin edir.

  1. Azərbaycan Respublikası əhalinin danış­dığı digər dillərin sərbəst istifadəsini və in­kişafını 

       təmin edir.

Doğma dilimizin yaşaması və inkişafı üçün ölkəmizdə hər cür şərait yaradılmışdır. Konstitusiyada təsbit olunmuş prinsiplər uşaq bağçasından tutmuş ali məktəblərə qədər bütün tədris müəssisələrində həyata keçirilir. Azər­baycanlı uşaqlar doğma ana dilində təhsil alır­lar, çünki bu hüquqa malikdirlər.

Qeyd etmək lazımdır ki, sovet hakimiyyə­ti illərində yerli dillər sıxışdınlsa da, Ulu Öndər Heydər Əliyevin uzaqgörən siyasəti sayəsində 1978-ci il Azərbaycan Konstitusiyasında dövlət dilinin Azərbaycan dili olması təsbit edilmişdir.

Konstitusiyamızın ən mühüm maddələ­rindən biri də vətənpərvərliklə bağlı olan 74- cü maddədə təsbit olunmuş ideyalardır. Bu maddə hər zaman aktuallığı və müasirliyi ilə seçilir. Məktəblərdə və ailədə uşaqlara bu mə­qam aşılanmalı, onların vətənpərvərlik hissləri formalaşdırılmalıdır.

Ulu Öndər Heydər Əliyevin sözlərinə görə:

“Hər bir gənc vətənpərvər olmalıdır. Və­tənpərvərlik böyük bir məfhumdur. Bu sadəcə orduda xidmət etmək deyil, vətənə sədaqət, vətəni sevmək, torpağa bağlı olmaqdır”.

Konstitusiyanın ümumi ruhu və məzmunu göstərir ki, müasir gənclik milli ruhda, ümum­bəşəri dəyərlər zəminində, milli-dini dəyərlə­ri və mütərəqqi ənənələri sevərək və yaşada­raq, çağdaş dünyanın qlobal çağırışlarına cavab verən şəxsiyyət kimi tərbiyələnməlidir.

 

Müzəffər Ali Baş Komandan, ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində xalq bir yumruq kimi birləşərək Milli Ordumuzun qəhrəmanlığı nəticəsində 30 ildən artıq Ermənistan işğalında qalan Vətən torpaqlarını - doğma Qarabağı və Şərqi Zəngəzuru işğaldan azad etdi. 2023-cü il sentyabrın 19-da Azərbaycan Respublikasının Qarabağ iqtisadi rayonunda törədilən təxribatların qarşı­sı alınmış, Ermənistan silahlı qüvvələrinin qalıqları torpaqlarımızdan çıxarılaraq Azər­baycan Respublikası Konstitusiyasının quruluşunun bərpası məqsədilə antiterror əmə­liyyatına başlanılmışdır. Cəmi 23 saat davam edən və sentyabrın 20-də başa çatan əməliyyat nəticəsində Milli Ordumuz Azərbaycan Respublikasının dövlət suverenliyi­ni tam bərpa etdi. Bununla da 2023-cü il sentyabrın 20-də bütün ölkə ərazisində qa­nunun aliliyinin təmin olunduğu və dövlət suverenliyinin tam bərpa olunduğu nəzərə alınaraq Prezident İlham Əliyevin 19 sentyabr 2024-cü il tarixli Sərəncamı ilə “Dövlət Suverenliyi Günü” təsis edilmişdir. Bu gün Azərbaycan Respublikasının təhsil siste­minin qarşısında duran əsas məqsəd müstəqil, suveren Azərbaycan Respublikası və­təndaşlarını kamil şəxsiyyətlər kimi formalaşdırmaqdır. Hər bir təhsil işçisi, müəllim və tərbiyəçi mövcud imkanlardan geniş istifadə etməli, millətin gələcəyi olan gəncli­yin yetişdirilməsində öz töhfəsini verməlidir. Ulu Öndər deyirdi ki, təhsil millətin gə­ləcəyi, müstəqil dövlətin təməlidir.