Konstitusiya və Suverenliyin Zəfəri

AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV SƏMƏRQƏNDDƏ TÜRKİYƏ PREZİDENTİ RƏCƏB TAYYİB ƏRDOĞANLA GÖRÜŞÜB

 

2022, 10 noyabr

 

 

Noyabrın 10-da Səmərqənddə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə görüşü olub.

Görüşdə ölkələrimiz arasında müttəfiqlik münasibətlərinə əsaslanan dostluq və qardaşlıq əlaqələrimizin bütün sahələrdə uğurla inkişaf etdiyi vurğulandı, bölgədə vəziyyət və təhlükəsizlik məsələləri müzakirə edildi, Soçi görüşünün nəticələri barədə fikir mübadiləsi aparıldı.